
İraqın şimalında “Pençe-Kilit” əməliyyatı bölgəsində Türkiyə Silahlı Qüvvələrinin hərbçisi şəhid olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, PKK üzvləri ilə qarşıdurmada əsgər Mustafa Uslu şəhid olub.
“20 fevral 2025-ci ildə “Pençe-Kilit” əməliyyatı bölgəsində qəhrəman silahdaşımız əsgər Mustafa Uslu PKK üzvləri ilə toqquşmada şəhid olub. Əziz şəhidimizə Allahdan rəhmət diləyir, mərhumun ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və millətimizə başsağlığı və səbir diləyirik”, - nazirlik yaydığı məlumatda qeyd edib.