Ermənistanda Rusiya səfiri qəzaya düşdü


Ermənistanın paytaxtı İrəvanda buzlu hava şəraiti ilə əlaqədar Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin xidməti avtomobili qəzaya uğrayıb.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, diplomat və sürücüsü xəstəxanaya aparılıb.
Portalın məlumatına görə, səfirin “Toyota” markalı xidməti avtomobili İrəvanın Sari Tax ərazisində qəzaya düşüb.
Rusiya səfiri maşının arxa oturacağında əyləşib.
Səfir və sürücü yüngül bədən xəsarətləri alıblar. Bu barədə Rusiyanın Ermənistandakı səfirliyi məlumat yayıb.
“Rusiya səfiri Sergey Kopırkin və sürücü yüngül bədən xəsarətləri alıb. Onlara lazımi tibbi yardım göstərilib. Onların səhhəti üçün heç bir təhlükə yoxdur", - məlumatda qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top