
“Fevralın 20-də Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında öldürülən girovların, o cümlədən Bibas ailəsinin üzvlərinin cəsədlərini İsrail tərəfinə təhvil verəcək”.
Yeniavaz.com xəbər verir ki, müvafiq bəyanatı HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadaları” qrupunun rəsmi nümayəndəsi Əbu Ubeydə yayıb.
“İsraillə mübadilə müqaviləsinin bir hissəsi olaraq, Bibas ailə üzvlərinin cəsədlərini və Oded Lifşitzin cəsədini cümə axşamı qarşı tərəfə təhvil verəcəyik”, - Əbu Ubayda yazıb.
Onun sözlərinə görə, həlak olanların hamısı İsrailin Qəzzanı bombalaması nəticəsində həlak olub.
Qeyd edək ki, Kfir Bibas 7 oktyabr 2023-cü ildə HƏMAS silahlıları tərəfindən girov götürüləndə doqquz aylıq, qardaşı Ariel isə dörd yaşında idi. Onlar anası və atası ilə birlikdə Qəzzaya aparılıb. Atası girovları fələstinli məhbuslarla dəyişmək müqaviləsi çərçivəsində fevralın 1-də anklavdan qayıdıb. 29 noyabr 2023-cü ildə “İzzəddin əl-Qəssam Briqadaları” ana və iki uşağının İsrailin hava hücumu nəticəsində öldürüldüyünü açıqlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz