
İsmayıllı rayonunda 3,6 maqnitudada zəlzələ qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla 15:11-də qeydə alınıb.