Derbini əcnəbi hakim idarə edəcək – Adı açıqlandı


Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu fevralın 24-də Türkiyə Superliqasının XXIII turunda keçiriləcək “Qalatasaray”-“Fənərbağça” oyununu dünya səviyyəli əcnəbi hakimin idarə edəcəyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə keçirdiyi mətbuat konfransında məlumat yayıb.
Bu qərar Türkiyə futbol tarixində ilk dəfə olaraq qəbul edilib.
Digər tərəfdən, idman jurnalisti Yağız Sabuncuoğlunun xəbərinə görə, Mərkəzi Hakimlər Komitəsi (MHK) derbiyə məşhur referi Slavko Vinciçi təyin etmək istəyir.

Əgər qərar rəsmiləşsə, sloveniyalı referi sabah İstanbula gələcək.
Bu gün isə o Çempionlar Liqasında PSV (Niderland) – “Yuventus” (İtaliya) matçını idarə edəcək.
Qeyd edək ki, Slavko Vinçiç, 25 noyabr 1979-cu ildə Sloveniyada anadan olub. O, 2010-cu ildə FİFA döş nişanı alıb və bir çox mühüm beynəlxalq matçlarda iştirak edib. 2020-ci illərdə Avropa futbolunun ən mühüm hakimlərindən birinə çevrilən Vinçiç Çempionlar Liqası və Avropa Liqasında bir çox kritik matçlarda hakimlik edib.
Xatırladaq İstanbul derbisi fevralın 24-də, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

DİGƏR XƏBƏRLƏR

Top