
Avropa İttifaqına (Aİ) üzv 27 ölkənin daimi nümayəndələri Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyib.
Yeniavaz.com “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa ölkələrindən birinin Aİ Şurasındakı nümayəndə heyətindəki mənbə bildirib.
“Bəli, daimi nümayəndələr bu səhər yeni sanksiyalarla bağlı razılığa gəldilər”, - diplomat bildirib.
Agentliyin məlumatına görə, Aİ ölkələri Rusiyadan ilkin alüminium idxalını qadağan edəcək.
Agentlik qeyd edir ki, “kölgə donanması”na daxil olduğu iddia edilən 73 gəmiyə də sanksiyalar tətbiq olunacaq.