
ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri, “SpaceX” və “Tesla” şirkətlərinin yaradıcısı İlon Maskın maraqların toqquşduğu təqdirdə dövlət proqramlarında iştirakına icazə verilməyəcək.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə görüşündə deyib.
“Mən İlona dedim: İstənilən maraqların toqquşması olarsa, siz dövlət proqramlarında iştirak edə bilməzsiniz”, - Tramp bildirib.
Ağ Ev rəhbəri əlavə edib ki, bu, kosmik proqrama da aiddir.
“Mən heç bir maraq toqquşmasına göz yummayacağam”, - Tramp qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz