Xaçatryan azadlığa buraxılacaq

xaçatryan iki ay müddətinə həbs edildi
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq birinci müavini, general-leytenant Tiran Xaçatryan barəsində həbs-qətimkan tədbiri dəyişdirilib.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, 10 milyon dram (43 min manat - red.) girov və ölkədən çıxmaması barədə yazılı öhdəçiliklə azadlığa buraxılacaq.
Bildirilib ki, müdafiə tərəfinin qaldırdığı vəsatətdə onun himayəsində əlil həyat yoldaşı olduğu da qeyd olunub.
Qeyd edək ki, Xaçatryan 2020-ci ildə müharibə zamanı Baş Qərargah rəisinin müavini olub. Eyni zamanda, ölkənin Baş naziri Nikol Paşinyanın qərarı ilə o, ölkənin ən ali mükafatına - Ermənistan Qəhrəmanı adına layiq görülüb.
Hərbi əməliyyatlar başa çatdıqdan sonra o, vəzifəsindən uzaqlaşdırılıb və hökumətin Qarabağla bağlı siyasətini tənqid etməyə başlayıb. Yanvarın 5-də 2020-ci ildə Qarabağda gedən 44 günlük müharibə zamanı məmur səhlənkarlığı ittihamı ilə iki ay müddətinə həbs edilib.

DİGƏR XƏBƏRLƏR

Top