Zurabişviliyə yumurta atdılar


Tbilisi Beynəlxalq Hava Limanında naməlum şəxslər Gürcüstanın keçmiş prezidenti Salome Zurabişviliyə yumurta atıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə müxalif  “TV Pirveli” telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə Zurabişvili Münhen Təhlükəsizlik Konfransından Tbilisiyə qayıdarkən baş verib.
Qeyd edək ki, bazar ertəsi Gürcüstanın keçmiş baş naziri Giorgi Qaxariyaya da Tbilisi hava limanında yumurta atılıb.
Hadisə eyni şəkildə, keçmiş baş nazir Münhen Təhlükəsizlik Konfransından Tbilisiyə qayıdarkən baş verib.

DİGƏR XƏBƏRLƏR

Top