
Dünyanın ən bahalı liqaları müəyyənləşib.
Yeniavaz.com “Sportingpedia” portalına istinadla xəbər verir ki, “Premyer Liqa” dünyanın ən bahalı liqası olub.
Portalın məlumatına görə, “La Liqa” 2-ci, “Seriya A” 3-cü olub.
Portal dünyanın ən bahalı liqalarının reytinqini onlarda oynayan bütün oyunçuların ümumi təxmini dəyərinə əsaslanaraq tərtib edib.
Birinci yeri tutan “Premyer Liqa” futbolçularının ümumi dəyəri 11,77 milyard avro olaraq qiymətləndirilir.
Ölkələr üzrə ən bahalı 10 liqa aşağıdakılardır:
1. “Premier League” (İngiltərə) - 11,77 milyard avro;
2. “La Liga” (İspaniya) - 5,29 milyard avro;
3. “Serie A” (İtaliya) - 5,07 milyard avro;
4. “Bundesliga” (Almaniya) - 4,48 milyard avro;
5. “Liga 1” (Fransa) - 3,52 milyard avro;
6. “Serie A” (Braziliya) - 1,63 milyard avro;
7. “Liga Portugal” (Portuqaliya) - 1,59 milyard avro;
8. “Eredivisie” (Niderland) - 1,28 milyard avro;
9. MLS (ABŞ və Kanada) - 1,24 milyard avro;
10. “Süper Lig” (Türkiyə) - 1,15 milyard avro.