
“Real Madrid"in braziliyalı hücumçusu Vinisius Junior bir qrup investisiya şirkəti ilə birlikdə Portuqaliyanın ikinci divizionundan “Alverka” klubunu alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Record” idman qəzeti məlumat yayıb.
Məlumata görə, Vinisius “Alverka”nın səhmlərini klubun ən böyük səhmdarı Rikardu Visintindən alıb. Bununla da, braziliyalı ulduz bir qrup ispan və braziliyalı sponsorlarla birgə klubun 70-80% səhmlərinə sahib olub.
Nəşrin məlumatına görə, Vinisiusun klubdakı payı 10 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, hazırda heyətində 15 braziliyalı futbolçunun yer aldığı “Alverka” 2-ci liqada 38 xalla ikinci pillədə qərarlaşıb. Komanda 22 turdan sonra 10 qələbə, 8 heç-heçə və 4 məğlubiyyətə imza atıb. Hazırda klub yuxarı liqaya yüksəlmək üçün mübarizə aparır.