ABŞ ordusu Suriyada “Əl-Qaidə” liderini öldürdü


ABŞ hərbçiləri həftə sonu Suriyada “Əl-Qaidə” terror qruplaşmasının liderlərindən birini öldürüb.
Yeniavaz.com
xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə bazar ertəsi “Truth Social” sosial şəbəkə hesabında məlumat verib.
“Bu həftə sonu ABŞ qüvvələri Suriyada “Əl-Qaidə” liderinə dəqiq hava zərbəsi endirib. Terrorçu lider bütün regionda “Əl-Qaidə” ilə qarşılıqlı əlaqədə olub”, - o bildirib.
Tramp həmçinin ABŞ Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurillanı və hərbi pilotları uğurlu əməliyyat münasibətilə təbrik edib.

DİGƏR XƏBƏRLƏR

Top