Naxçıvanda 8 dərəcə şaxta var


Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, bəzi şərq rayonlarında qısamüddətli yağıntılı olub.
“Belə ki, düşən yağıntının miqdarı Astarada 3, Lənkəranda 2, Şabran, Oğuz, Qəbələ, Quba, Cəlilabadda 1 mm-dək olub.
Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Xaltan, Qusarda 1 sm-dir.
Fevralın 17-də şimal-qərb küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib.
Naftalan, Şəmkir, Zaqatala, Şəki, Şamaxı, Oğuz, Qusar, Lerik, Qrız, Yevlax, Zərdab, İmişli, Cəfərxan duman müşahidə olunub. Görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da, dağlıq rayonlarda eyni zamanda Qarabağ və Şərqi Zəngəzur bölgəsində 8 dərəcəyədək şaxta qeydə alınıb”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top