
Xəbər verdiyimiz kimi, Qazaxstanın Ulytau vilayətində yerləşən şaxtada partlayış olub.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, “Kazakhmys” şirkətlər qrupu bu barədə yeni məlumat yayıb.
Bildirilib ki, təbii qaz nəticəsində meydana gələn partlayış 7 şaxtaçının ölümünə səbəb olub.
Qeyd olunub ki, hadisənin şəraiti və səbəbləri müəyyənləşdirilir, faciəni araşdırmaq üçün xüsusi dövlət komissiyası yaradılıb.
Xatırladaq ki, fevralın 17-də axşam saatlarında “Kazakhmys” şirkətlər qrupu respublikanın Ulıtau rayonundakı “Chomart” mədənində partlayışın baş verməsi barədə məlumat yayıb.