
2024-cü ildə Azərbaycan əhalisinin sayı 44 min 119 nəfər və ya 0,4 faiz artaraq 2025-ci il yanvar ayının 1-i vəziyyətinə 10 milyon 224 min 889 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, əhalinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişi, 50,2 faizi isə qadınlar təşkil edir.