Zelenski sabah Türkiyəyə gedəcək


Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə rəsmi səfər edəcək.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, bu barədə prezidentin kommunikasiya direktoru Fahrettin Altun sosial media hesabında məlumat yayıb.
Məlumata görə, Zelenski Prezident İqamətgahında Ərdoğanla görüşəcək. 
Görüşdə Türkiyə-Ukrayna strateji tərəfdaşlıq münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq.
Səfər zamanı həmçinin Ukraynadakı son hadisələr, digər regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılacaq.

DİGƏR XƏBƏRLƏR

Top