
Birinci Qarabağ müharibəsi qazisi Famil Əliyevin vəfat etdiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.
Bildirilib ki, “Fedya” ləqəbli F.Əliyev xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, o, Birinci Qarabağ müharibəsi davam edərkən – 1994-cü ildə erməni silahlı birləşmələrinə əsir düşüb və 1 ilə yaxın əsirlikdə qaldıqdan sonra qaçaraq xilas olmağı bacarıb. O, həmçinin erməni seperatçılarının mühakimə edildiyi məhkəmə prosesində zərərçəkmiş şəxs qismində iştirak edib.