ABŞ nümayəndə heyəti Rusiya ilə danışıqlar üçün Səudiyyə Ərəbistanına yola düşəcək


ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff fevralın 16-da axşam Amerika nümayəndə heyətinin tərkibində Rusiya ilə danışıqlar üçün Səudiyyə Ərəbistanına gedəcəyini və Ukrayna münaqişəsinin nizamlanması məsələsində ciddi irəliləyiş gözlədiyini bildirib.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
"Bu barədə çox təfərrüata varmaq istəmirəm, amma bu axşam ora gedirəm. Mən ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Valsla ora gedirəm. Prezidentin göstərişi ilə biz görüşlərdə iştirak edəcəyik və ümid edirəm ki, Rusiya və Ukrayna ilə bağlı ciddi irəliləyiş əldə edəcəyik", - deyə Stiven Vitkoff bildirib.
Onun fikrincə, Ukraynanın danışıqlar prosesindən kənarlaşdırılmasından danışmaq düzgün olmazdı: "Ukrayna danışıqların bir hissəsidir. Tramp bu həftə Zelenski ilə danışıb, nazirlərimizin çoxu Münhen Təhlükəsizlik Konfransı zamanı Ukraynanın müxtəlif nümayəndələri ilə görüşüb”.

DİGƏR XƏBƏRLƏR

Top