
Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində baş tutan "Neftçi" - "Qarabağ" oyunu başa çatıb.
Yeniavaz.com xəbər verir ki, "Neftçi Arena"dakı qarşılaşma "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 
88-ci dəqiqədə Marko Yankoviç penaltini dəqiq yerinə yetirib.
Qeyd edək ki, "Qarabağ"ın heyətində Kevin Medina 22-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                