Novruz və Ramazan bayramları ilə əlaqədar 12 gün iş olmayacaq


Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar 12 gün iş olmayacaq. 
Yeniavaz.com
xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. 
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.
Beləliklə, 27 və 28 mart tarixləri qeyri-iş günləri olacaq, 29-30 mart tarixləri isə şənbə və bazar günlərinə düşəcək. Bununla da, 20-31 mart tarixlərində Azərbaycanda iş günü olmayacaq və Novruz və Ramazan bayramları ilə bağlı tətil 12 gün davam edəcək.
Azərbaycanda Ramazan bayramı martın 30-31-də qeyd olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top