
Azərbaycan millisinin və “Qarabağ”ın Braziliya əsilli sabiq futbolçusu Riçard Almeydanın yeni klubu məlum olub.
Yeniavaz.com xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi Braziliyanın “Primavera” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Lakin müqavilənin detalları açıqlanmayıb.
Komanda hazırda A2 Liqasında mübarizə aparır.
Qeyd edək ki, 2012-2018-ci, 2019-cu və 2021-2025-ci illərdə Ağdam təmsilçisində çıxış edən Almeyda 376 oyunda 64 qol vurub. Futbolçu Premyer Liqada 254 (51 qol), ölkə kubokunda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə “Qarabağ”ın formasını geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-2023-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.
Tətbiqimizi yükləyə bilərsiniz