“NATO ölkələri ÜDM-in 3%-dən çoxunu müdafiəyə xərcləməli olacaqlar” – Rütte


“NATO üzvü olan ölkələr müdafiə xərclərini hazırkı ÜDM-in 2%-dən 3%-ə artırmalı olacaqlar”.
Yeniavaz.com
xəbər verir ki, bunu alyansın baş katibi Mark Rütte Münhen Təhlükəsizlik Konfransına gələrkən deyib.
“Düşünürəm ki, bu, ən azı ÜDM-in 3%-dən çoxunu təşkil edəcək”, - o, jurnalistlərin sualını cavablandırıb.
Onun sözlərinə görə, hazırda alyans NATO-nun iyulda Haaqada keçiriləcək sammitində müəyyən edilməli olan xərclərin səviyyəsini qiymətləndirir:
“Biz daha çox ödəməliyik. NATO-nun Avropa hissəsi daha çox ödəməlidir. Biz kifayət qədər ödəmirik”.

DİGƏR XƏBƏRLƏR

Top