
“Adana Dəmirspor” futbol klubu Türkiyə çempionatında “Qalatasaray”la oyunun ilk hissəsində meydanı tərk etdiyinə görə texniki məğlubiyyət alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “Qalatasaray” 3:0 hesablı qələbə qazanıb, “Adana Demirspor”un isə 3 xalı silinib.
Qeyd edək ki, fevralın 9-da “Adana Dəmirspor”un futbolçuları Türkiyə çempionatının 23-cü turunun “Qalatasaray”la səfər matçında onlara penalti təyin edildikdən sonra meydanı tərk ediblər.
Ertəsi gün isə “Adana Dəmirspor”un prezidenti istefa verib.
Xatırladaq ki, “Adana Dəmirspor” Türkiyə çempionatının turnir cədvəlində sonuncu, 19-cu pillədə qərarlaşıb. Komandanın 22 turdan sonra 2 xalı var.