
“Çin ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında görüş keçirmək təklifini ABŞ administrasiyasına göndərib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Çin rəsmiləri vasitəçilər vasitəsilə Trampın komandasına Rusiya və ABŞ arasında sammit keçirməyi və Ukraynadakı münaqişənin həlli istiqamətində səyləri asanlaşdırmağı təklif ediblər. Qəzet qeyd edir ki, Pekinin təklifinə Ukrayna Prezidenti Volodimir Zelenskinin tədbirdə iştirakı daxil deyil.
Ağ Ev nəşrə Çindən belə bir təklif aldığını təsdiqləməkdən imtina edib. ABŞ administrasiyasının adı açıqlanmayan rəsmisinin sözlərinə görə, bu “tamamilə mümkün deyil”.