Ronaldo 2024-cü ilin ən çox qazanan idmançısı seçildi


Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldo 2024-cü ilin ən çox qazanan idmançıları reytinqində birinci yeri tutub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sportico” portalı məlumat yayıb.
Ronaldonun ümumi qazancı 260 milyon dollar təşkil edib.
Reytinqdə ikinci yeri amerikalı basketbolçu Stefen Karri (153,8 milyon dollar), üçüncü yeri isə britaniyalı boksçu Tayson Fyuri (147 milyon dollar) tutub.
Reytinqin ilk onluğuna həmçinin argentinalı futbolçu Lionel Messi (135 milyon dollar), amerikalı basketbolçu Lebron Ceyms (133,2 milyon dollar), braziliyalı futbolçu Neymar (133 milyon dollar), ukraynalı boksçu Oleksandr Usik (122 milyon dollar), fransalı futbolçular Kərim Benzema (116 milyon dollar) və Kilian Mbappe (110 milyon dollar) və ispaniyalı qolfçu Con Ram (105,8 milyon dollar) daxildir.

DİGƏR XƏBƏRLƏR

Top