ABŞ-də hərbi təyyarə qəzaya uğradı – Video


Amerikanın “EA-18G Growler” hərbi təyyarəsi Kaliforniya sahillərində Sakit Okeana düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.
Hadisə San Dieqo körfəzində, Nort-Aylend ABŞ Hərbi Dəniz Qüvvələrinin aviasiya bazasının yaxınlığında baş verib.
Hər iki pilot katapult edib və qısa müddət sonra balıqçı gəmisinin ekipajı tərəfindən xilas edilib.
Hazırda qəza yerində 60 yanğınsöndürən və müxtəlif texnika var. Həmçinin, qəza yerinə helikopter göndərilib.
Qeyd edək ki, yanvarın 29-da ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısı da Alyaska ştatındakı Eylson aviabazasında təlim uçuşu zamanı qəzaya uğramışdı.

DİGƏR XƏBƏRLƏR

Top