Tramp Putinlə hansı ölkədə görüşəcək?


ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanında görüşəcəyini istisna etmir.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə fevralın 12-də Putinlə telefon danışığından bir neçə saat sonra Ağ Evdə jurnalistlərə bildirib.
Trampın sözlərinə görə, Səudiyyə Ərəbistanı ilə bağlı yekun qərar hələ verilməyib.  
O, həmçinin, görüşün vaxtının hələ müəyyən edilmədiyini, lakin onun çox da uzaq olmayan bir tarixdə baş tutacağını bildirib.
Jurnalistlərin Ukrayna Prezidenti Volodimir Zelenskinin Putinlə görüşdə iştirak edib-etməyəcəyi sualına isə Tramp cavab verib ki, birinci görüşdə yox, ancaq ikinci görüş üçün nə edəcəyimizə baxacağıq.
Tramp həmçinin müvafiq komandaların Rusiya-Ukrayna münaqişəsinin həlli üçün dərhal danışıqlara başlayacaqlarını bildirib.
Qeyd edək ki, həmin gün Tramp Zelenski ilə də telefonla danışıb.
Ağ Evdə keçirdiyi mətbuat konfransında ABŞ prezidenti həm Rusiya, həm də Ukrayna prezidentlərinin sülh istədiklərini bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top