
Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 64 ünvanında yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə 12 fevral 2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə S.İbrahimxəlilov, Ə.Nəzərov, Məktəbli, S.Məmmədov, N.Paşayev, C.Məmmədli, İ.Ağayev, T.Məmmədov küçələrinin, həmçinin 9-cu, 10-cu, 11-ci, 12-ci, 13-cü Badamdar, Neftçilər döngəsi adlanan yasayış ərazilərin qaz təchizatında müvəqqəti fasilələr yaranacaq.