Ançelotti Braziliya millisinə rəhbərlik edə bilər


“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti milli komandada klubunu dəyişə bilər - Braziliya Futbol Federasiyası mütəxəssisin xidmətində maraqlıdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “OK Diario” məlumat yayıb.
Bildirilir ki, bu ölkənin nümayəndələri italiyalı ilə əlaqə saxlayaraq ona Braziliya millisinə rəhbərlik etməyi və 2026-cı ildə keçiriləcək dünya çempionatının sonuna qədər işləməyi təklif ediblər.
Qeyd edilib ki, futbol federasiyasının prezidenti Ançelottiyə təzyiq etmək fikrində deyil - baş məşqçi bu ilin mayına qədər qərar verə biləcək.

DİGƏR XƏBƏRLƏR

Top