FTB Kennedinin sui-qəsdi ilə bağlı 2400 məxfi qeyd aşkar edib


ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı əvvəllər rəsmi komissiyaya təqdim edilməmiş təxminən 2400 qeyd aşkar edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb.
“Hələ də məxfi saxlanılan bu qeydlər FTB-nin Prezident Donald Trampın 23 yanvar sərəncamı ilə başlatdığı araşdırma zamanı aşkar etdiyi 14 min səhifəlik sənədlərdə var”, - portal qeyd edib.
Agentliyin mənbələrinə görə, Ağ Ev bu sənədlərin mövcudluğunu keçən həftənin cümə günü öyrənib və aşkar edilmiş qeydlərin məzmunu ciddi şəkildə məxfiləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top