“Google” Meksika körfəzinin adını dəyişdi


“Google” şirkəti Meksika körfəzinin adını Amerika körfəzi adlandırmağa başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Google” şirkətinə məxsus bloqda öz əksini tapıb.
“Coğrafi Adlar İnformasiya Sistemi (GNIS) rəsmi olaraq Meksika körfəzinin adını ABŞ-də Amerika körfəzi olaraq yeniləyib”, - deyə “Google” bloq yazısında qeyd edib.
Şirkətin məlumatına görə, yeni ad ABŞ-də “Google Map” xidmətinin xəritəsində göstərilsə də, Meksikadakı xidmət istifadəçiləri köhnə adı görməkdə davam edəcək. ABŞ istisna olmaqla, bütün digər ölkələrdə isə həm köhnə, həm də yeni ad eyni vaxtda göstəriləcək.

DİGƏR XƏBƏRLƏR

Top