Ronaldo tarixin ən bahalı 40 yaşlı futbolçusu oldu


Fevralın 5-də 40 yaşını qeyd edən Portuqliya millisi və “Əl-Nəsr” klubunun hücumçu Kriştianu Ronaldo 40 yaşlı futbolçular arasında ən bahalı futbolçu adını qazanıb.
Yeniavaz.com
“Transfermarkt” portalına isitnadla xəbər verir ki, Ronaldo 12 milyon avroluq bazar dəyəri ilə bu ada layiq görülüb.
İkinci yerdə hazırda 43 yaşı olan “Milan”ın keçmiş mərkəz hücumçusu Zalatan İbrahimoviç qərarlaşıb. Belə ki, onun 2021-2022-ci il mövsümü üçün bazar dəyəri 4 milyon avro olub. 3-cü yeri isə hazırda 54 yaşı olan “Mançester Yunayted”in keçmiş qapıçısı Edvin van der Sar tutub. Onun bazar dəyəri 2010/2011-ci il mövsümü üçün 3,5 milyon avro qiymətləndirilib.

DİGƏR XƏBƏRLƏR

Top