Zelenski Putinlə bağlı suala belə cavab verdi: “ABŞ və Avropa zəmanət versə...”


Volodimir Zelenski ABŞ və Avropanın təhlükəsizlik zəmanəti verəcəyi təqdirdə istənilən formatda danışıqlara hazır olduğunu deyib.
Yeniavaz.com
xəbər verir ki, o bunu Britaniyanın “ITV News” telekanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putinlə sülh danışıqları üçün görüşməyə razı olub-olmayacağı sualına cavab verərkən deyib.
“Əgər mən belə bir anlayışa malik olsaydım ki, Amerika və Avropa bizi tərk etməyəcək, bizi dəstəkləyəcək və bizə təhlükəsizlik zəmanəti verəcəksə, o zaman istənilən formatda danışıqlara hazır olardım”, - Ukrayna Prezidenti bildirib.

DİGƏR XƏBƏRLƏR

Top