
İrlandiyalı boksçu Con Kuni Belfastda baş verən döyüşdən beyin zədəsi aldıqdan bir həftə sonra dünyasını dəyişib.
Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, “Ulster Hall”da uelsli Nathan Houells ilə döyüşdə uduzduqdan sonra 28 yaşlı idmançı reanimasiyaya yerləşdirilib.
Bildirilir ki, doqquzuncu raundda Kuninin davam edə bilməyəcəyi məlum olduqdan sonra döyüş dayandırılıb. Ona yerindəcə tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib.
“Xəstəxanada müayinə zamanı onun kəllədaxili qansızması olduğu müəyyən edilib. Boksçu beynindəki hematomadan təzyiqi aradan qaldırmaq üçün əməliyyat olunub və həyati dəstək aparatlarında saxlanılıb. Ancaq o, heç vaxt özünə gəlməyib və nəticədə həkimlər onun beyin ölümünün gerçəkləşdiyini elan ediblər”, - məlumatda deyilir.