Yol qəzası Bakı-Sumqayıt şosesində sıxlığa səbəb olub


Bakıda yol-nəqliyyat hadisəsi baş verib, Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Yol qəzası Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında qeydə alınıb. Qəza səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.
Sıxlığın aradan qaldırılması məqsədilə tədbirlər görülür.

DİGƏR XƏBƏRLƏR

Top