Türkiyə kəşfiyyatının rəhbəri İranda danışıqlar aparır


Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Tehrana səfər edib, orada İranın kəşfiyyat naziri İsmayıl Xətib və Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Əkbər Əhmədyanla görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.
Türkiyə mediasının təhlükəsizlik mənbələrinə istinadən verdiyi məlumata görə, danışıqlar zamanı tərəflər “terror təşkilatları, o cümlədən Kürdüstan Fəhlə Partiyası (PKK) və İŞİD ilə mübarizəni” müzakirə ediblər.
Həmsöhbətlər həmçinin ümumi təhdidlər, Suriyadakı vəziyyət, Qəzzada atəşkəs və Fələstin məsələsi ilə bağlı son hadisələri müzakirə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top