Yasamalda yaşayış binasında yanğın olub – Sakinlər təxliyə edilib


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Yeniavaz.com
xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin müdaxiləsi sayəsində səkkizmərtəbəli yaşayış binasının altıncı mərtəbəsinin baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 80 kv.m. olan üçotaqlı mənzilin bir otağının, eyvanının yanar konstruksiyaları və ev əşyaları 25 kv.m. sahədə yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 9 nəfər bina sakini təxliyə edilib.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

DİGƏR XƏBƏRLƏR

Top