
Sosial şəbəkələrdə mətni nitqə çevirən süni intellektin səsli autentifikasiyasından istifadə olunmaqla çağırışlar yayılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkə səhifəsində bildirib.
DİN rəsmisinin sözlərinə görə, bu vasitə ilə süni intellekt mətni oxuyur və seçilən səsi təkrarlayır.
“Real dələduzluqdur, təhlükə yaradır. Xüsusilə də tanınmış şəxslərin görüntü və səslərindən istifadə olunur. Hər kəs ehtiyatlı olmalıdır”, - Mətbuat Xidmətinin rəisi bildirib.
E.Hacıyev bunun qarşısını almağın tək yolunun insanların süni intellektlə mətni oxuyan və seçilən səsi təkrarlayan hallara görə diqqətli və məlumatlı olması olduğunu qeyd edib.