HƏMAS sabah üç israilli girovu azad edəcək


Fevralın 8-də Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan üç israilli girovu azad edəcək.
Yeniavaz.com
xəbər verir ki, müvafiq bəyanatı HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadaları” qrupunun nümayəndəsi Əbu Ubeydə sosial şəbəkə hesabında yayıb.
Bildirilib ki, onlardan biri Ohad Ben-Ami Almaniya vətəndaşıdır:
“İsrail ilə mübadilə sazişinin bir hissəsi olaraq, biz şənbə günü, fevralın 8-də Eliyahu Şərabi, Or Levi və Ohad Ben-Amini azad etmək qərarına gəldik”.

DİGƏR XƏBƏRLƏR

Top