
Vəzifəyə yeni təyin olunmuş maliyyə naziri Sahil Babayev kollektivə təqdim edilib.
Yeniavaz.com xəbər verir ki, onu nazirliyin kollektivinə Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev təqdim edib.
Qeyd edək ki, 2018-ci ilin 21 aprelindən ötən günə – fevralın 6-dək əmək və əhalinin sosial müdafiəsi naziri kimi işləmiş Sahil Babayev Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifədən azad edilib. Prezidentin digər sərəncamı ilə o, maliyyə naziri təyin olunub.


Tətbiqimizi yükləyə bilərsiniz