
Anar Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
Yeniavaz.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Digər sərəncamla A.Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, 2018-ci ilin 21 aprelindən fevralın 6-dək bu vəzifəni Sahil Babayev icra edib.
Ötən gün Prezidentin sərəncamı ilə o, vəzifəsindən azad olunub və maliyyə naziri təyin edilib.