“Amazon” süni intellektə 100 milyard dollarlıq büdcə ayırır


Amerikanın “Amazon” şirkəti 2025-ci ildə süni intellekt (AI) texnologiyalarının inkişafına 100 milyard dollar sərmayə qoyacaq - bu, rəqibləri “Alphabet” və “Microsoft”dan çoxdur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb.
Məlumata görə, bu vəsaitin əsas hissəsi data mərkəzlərini idarə edən və müştərilərə proqram alətləri təklif edən “Amazon Web Services” bulud şirkətinə gedəcək.
“Amazon”un süni intellektə böyük sərmayə qoymaq planları sürətlə inkişaf edən sənayedə üstünlük qazanmaq üçün rəqabət aparan digər texnologiya nəhənglərinin planlarını təkrarlayır.
Bununla belə, onlar Çinin “DeepSeek” şirkətinin öz çatbotunu hazırlanmasından sonra indi planlarını tənzimləmək məcburiyyətində qalıblar. 
Qeyd edək ki, yanvarın 20-də Çinin “DeepSeek” şirkəti ABŞ-nin “OpenAI” şirkətinin “ChatGPT” çatbotunun təkmil versiyasını üstələdiyini iddia etdiyi R1 çatbotunun yeni versiyasını buraxıb. Eyni zamanda, Çin çatbotunun tərtibatçıları, mütəxəssislərin qeyd etdiyi kimi, “OpenAI”dən xeyli az pul xərcləyiblər. Çatbot tez bir zamanda bütün dünyada istifadəçilər arasında populyarlıq qazanıb və investorların narahatlıqları ilə bağlı birjalarda dalğalanmalara səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top