Vətən müharibəsi qazisi mayor Həşimov dünyasını dəyişib


Vətən müharibəsi qazisi vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən ehtiyatda olan mayor Həşim Həşimov vəfat edib.
Qeyd olunub ki, bir neçə ay əvvəl onun bir ayağı amputasiya edilib.
H. Həşimov bu gün Gəncə şəhərində torpağa tapşılacaq.
Qeyd edək ki, o, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən uğurunda” medalları ilə təltif edilib.

DİGƏR XƏBƏRLƏR

Top