
Famil Xəlilovun cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Famil Xəlilova 2 il sınaq müddəti seçilməklə 3 il şərti cəza verilib.
Qeyd edək ki, I qrup əlil olan Famil Xəlilov 2024-cü ilin mayın 2-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb.
Famil Xəlilov ötən ilin dekabr ayında ev dustaqlığına buraxılıb. O, ona yönəldilən ittihamları qəbul etmir.