
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi davam etdirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, layihə üzrə 10 qovşağın, 14 körpünün, 1 kommunikasiyalar üçün kanal körpüsünün, 1 qapalı və 1 üstü açıq tunelin tikintisi nəzərdə tutulub.
3 körpünün tikintisi üzrə 80%, 1 körpü üzrə 90%, 3 qovşaq körpüsü üzrə 70%, 1 tunelin tikintisi üzrə isə 30% iş yerinə yetirilib.
Həmçinin layihədə 7 düzbucaqlı keçidin, 33 dairəvi və müxtəlif diametrli boruların, həmçinin drenaj quyuların tikintisi, müxtəlif ölçülü drenaj borularının və yol boyunca ehtiyat keçid boruların quraşdırılması işləri həyata keçirilir.
Yeni yolun inşası Abşeron yarımadasının şimal-şərq hissəsindəki yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu ilə şimal istiqamətində nəqliyyat əlaqəsini təmin etməyə, eləcə də Bakı-Şamaxı-Yevlax magistral avtomobil yoluna çıxmaqla respublikamızın qərb zonası ilə səmərəli və rahat nəqliyyat əlaqəsi qurmağa imkan verəcək.