ABŞ-də hava limanında iki sərnişin təyyarəsi toqquşdu


Amerikanın Sietl şəhərinin hava limanında iki sərnişin təyyarəsi toqquşub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Newsweek” jurnalı məlumat yayıb.
Məlumata görə, Yaponiya Hava Yollarına məxsus təyyarə ABŞ-nin “Delta” aviaşirkətinə məxsus təyyarə ilə toqquşub.
Toqquşma hava məkanının nəzarət zonasından kənarda baş versə də, insident bəzi uçuşların dayandırılmasına səbəb olub.
ABŞ Federal Aviasiya Administrasiyası hadisə ilə bağlı araşdırma apardıqlarını vurğulayıb.
Hadisə zamanı insan tələfatı və maddi zərərlə bağlı məlumat verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top