Dövlət Baxçalı xəstəxanaya yerləşdirildi – KİV


Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının ürək xəstəliyi səbəbilə xəstəxanaya yerləşdirildiyi iddia olunur. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “HalkTV” məlumat yayıb.
Bildirilib ki, daha əvvəl əməliyyat olunan və İstanbulun özəl xəstəxanalardan birinə yerləşdirilən Baxçalı müalicə altına alınıb.
Qeyd edək ki, Baxçalı partiyasının dünənki iclasını da ləğv edib. Ankarada maraq doğuran ləğv qərarı ilə bağlı rəsmi açıqlama verilməsə də, MHP liderinin səhhətində problemlər olduğu bildirilib. Həmin problemlərin qrip infeksiyası olduğu qeyd olunur.

DİGƏR XƏBƏRLƏR

Top