
Jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, jurnalistin evində axtarış aparılıb və o, istintaqa cəlb edilib.
Qeyd edək ki, Şahnaz Bəylərqızı “Toplum TV”də aparıcı işləyib.
Məlumatı DİN-in mətbuat xidmətindən APA-ya təsdiqləyiblər.