İmamoğlunun 7 il 4 aya qədər həbsi istənilir


İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğluna qarşı 7 il 4 aya qədər həbs cəzası tələb edən ittiham aktı hazırlanıb.
Yeniavaz.com
“Anadolu Ajansı”na istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu tərəfindən hazırlanan ittiham aktında “zərərçəkmiş” kimi Respublika Baş prokuroru Akın Gürlek yer alıb.
Sənəddə İmamoğlunun iştirak etdiyi paneldəki çıxışında Baş prokuror Akın Gürləkə qarşı işlətdiyi ifadələrin cinayət xarakterli olduğu qeyd olunub və bunun əsasında istintaq başladıldığı qeyd edilib.
Bildirilib ki, İmamoğlunun ictimaiyyət qarşısında işlətdiyi ifadələr vəzifəsini yerinə yetirən zərərçəkmiş Akın Gürleki alçaltmaq məqsədi daşıyır. Bu səbəblə İmamoğluna “vəzifəsinə görə dövlət məmurunu açıq şəkildə təhqir etmək”, “hədələmək” və “terrorla mübarizədə iştirak etmiş insanları hədəfə almaq” ittihamları elan olunub, 2 il 8 aydan 7 il 4 aya qədər həbsi istənilib.
İttiham aktı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top