“AZAL təyyarəsindən “Pantsir-S”in fraqmenti tapılıb” – “Reuters”


“Azərbaycan hakimiyyəti 2024-cü ilin dekabrında Qazaxıstanda qəzaya uğramış Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsini vuran “Pantsir-S” zenit-raket kompleksinin fraqmentini tapıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan hökumətindəki anonim mənbəyə istinadən “Reuters” agentliyi məlumat yayıb.
“Azərbaycan tərəfində “Pantsir-S” raketinin bir parçası var, o, təyyarədən çıxarılıb və beynəlxalq ekspertizanın köməyi ilə müəyyən edilib”, - agentliyin mənbəsi bildirib.

DİGƏR XƏBƏRLƏR

Top